Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən
08 fevral 2024, 18:43
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident.
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizin liderliyiniz və Azərbaycanın inkişafına sadiqliyiniz həqiqətən də yüksək təqdirə layiqdir. Xalqınızın firavanlığı və dinc gələcəyi üçün göstərdiyiniz fədakarlığı yüksək qiymətləndiririk.
Azərbaycan xalqı demokratiya, institusional və iqtisadi inkişafa sadiqliyini bir daha nümayiş etdirərkən biz bu tərəqqi yolunda inamlı mübarizənin şahidi olmaqdan şərəf duyuruq.
Sizin Azərbaycanın gələcək inkişafı ilə bağlı planlarınız bizim hər birimizi ilhamlandırır. Sizin həmin planları həyata keçirməyə qadir olduğunuza əminik. Sizin prezidentliyiniz dövründə Azərbaycan uğurların və sabitliyin parlaq nümunəsinə çevrilmiş, regionda və onun hüdudlarından kənarda öz rolunu və əhəmiyyətini gücləndirmiş, ərazi bütövlüyünü bərpa etmişdir.
Müstəsna nailiyyətlərinizə, həm regional, həm də qlobal sülhə və sabitliyə olan sarsılmaz sədaqətinizə görə Sizi alqışlayırıq.
Biz daha sabit, dinc və qaydalara əsaslanan beynəlxalq nizamın təşviqinə birgə səylərimizlə töhfə verməkdən şərəf duyuruq.
Bu əlamətdar hadisə münasibətilə Sizi və Azərbaycan xalqını bir daha təbrik edirik. Biz inkişaf yolunda birlikdə davam etməyə ümidlə baxır və Qəyyumlar Şurasının üzvləri olaraq bu ilin mart ayında
XI Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.
Hörmətlə,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Zlatko Laqumciya
Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi,
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Kolinda Qrabar-Kitaroviç
2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti
Tzipi Livni
2006-2009-cu illərdə İsrailin Baş nazirinin müavini, xarici işlər naziri
Milisa Pjanoviç-Durisiç
2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri, 2006-2012-ci illərdə xarici işlər naziri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Mladen İvaniç
2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Ekmələddin İhsanoğlu
2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi
Kirill Qaburiçi
2015-ci ildə Moldovanın Baş naziri
Ana Birçal
2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri
Valdis Zatlers
2007-2011-ci illərdə Latviyanın Prezidenti
Peter Medeşi
2002-2004-cü illərdə Macarıstanın Baş naziri
Petru Luçinski
1997-2001-ci illərdə Moldovanın Prezidenti
Coys Banda
2012-2014-cü illərdə Malavinin Prezidenti
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
Volkan Bozkır
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi
Şövkət Əziz
2004-2007-ci illərdə Pakistanın Baş naziri