logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı İlham Əliyevə zəng edib

Text size icon-size icon-size

08 fevral 2024, 17:52

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi