İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir
07 oktyabr 2012, 13:40
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Vladimir Putini 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.