Ramilə Mustafayevadan, Türküstan, Qazaxıstan
30 yanvar 2024, 17:42
Hörmətli cənab Prezident.
Qazaxıstan Respublikasının Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi olaraq 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik.
Bu illər ərzində Siz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildə bütün sahələrdə uğurla davam etdirərək Azərbaycana qazandırdığınız möhtəşəm uğurlar göz qabağındadır. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir.
Otuz il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və lokal xarakterli antiterror tədbirləri nəticəsində həll edilmişdir.
Biz əminik ki, xalqımızın seçimi Siz olacaqsınız!
Hörmətlə,
Ramilə Mustafayeva
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri.
Qazaxıstan Respublikası, Türküstan vilayəti.