Ramiz Şərifovdan, Salyan, Azərbaycan


27 yanvar 2024, 12:45
Möhtərəm cənab Prezident,
Bu gün Azərbaycan xalqı Sizin sayənizdə əmin-amanlıq, sabitlik şəraitində rahat, firavan həyat yaşayır. Biz çox xoşbəxtik ki, Sizin kimi qayğıkeş, xalqını sevən rəhbərimiz var. Siz xalqın ən böyük arzusunu həyata keçirdiniz, ata vəsiyyətini yerinə yetirdiniz. Vətən müharibəsində Sizin Ali Baş Komandanlığınızla tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfərin əldə edilməsi ilə Qarabağımız işğaldan azad olundu. Siz Azərbaycanı qalib ölkə kimi bütün dünyaya tanıtdınız, xalqın inamını, qürurunu özünə qaytardınız, başını uca etdiniz. Hazırda Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işlərini böyük sevinclə izləyirik. Bu, bizim ölkəmizin nə qədər qüdrətli olduğunu bir daha göstərir.
Əziz Prezidentimiz, fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə səs verəcəyik. Biz Sizə güvənirik. Sizin rəhbərliyinizlə Azərbaycanın daim nailiyyətlər qazanacağına əminik.
Hörmətlə,
Şərifov Ramiz Şərif oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı kəndi.