logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşmüşdür

Text size icon-size icon-size

04 oktyabr 2012, 15:00

Prezident İlham Əliyev Yunanıstan Respublikasının sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşmüşdür. 

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, onun ölkələr və xalqlar arasında humanitar əlaqələrin inkişafına töhfə verdiyi bildirildi.

Görüşdə, həmçinin Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi