Təranə Novruzovadan, Vankuver, Kanada
26 yanvar 2024, 16:41
Hörmətli cənab Prezident,
Biz Azərbaycandan uzaqda olsaq da ürəyimiz hər zaman Azərbaycanla döyünür və doğma Vətənimizin dünya miqyasında tanıdılmasında, ölkəmizin maraqlarının müdafiəsi istiqamətində öz dəstəyimizi göstəririk.
Cənab Prezident, Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Azərbaycanlılar Cəmiyyəti olaraq 2024-cü ilin fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi tam şəkildə dəstəkləyirik. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha çox nailiyyətlərə imza atacaqdır. Əminik ki, Azərbaycan ən güclü ölkələrdən biri kimi parlayacaqdır.
Mən bir daha Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Azərbaycanlılar Cəmiyyətinin rəhbəri olaraq bütün üzvlərimiz tərəfindən Sizə və vətənimiz uğrunda çalışan bütün həmvətənlilərimizə dərin minnətdarlığımı bildirirəm.
Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Novruzova Təranə,
Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin sədri.
Kanada, Vankuver şəhəri.