Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
25 yanvar 2024, 16:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 7; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 11, maddə 928; 2007, № 1, maddə 4, № 3, maddə 211; 2018, № 2, maddə 147; 2019, № 12, maddə 1896) aşağıdakı dəyişikliklər edilsin:
1. 11-ci maddənin on beşinci hissəsində “rütbələr” sözü “və ya hərbi rütbə” sözləri ilə əvəz edilsin.
2. 23-cü maddənin ikinci hissəsində “(məhkəmə-psixiatriya)” sözləri “, məhkəmə-psixiatriya” sözləri ilə əvəz edilsin.
3. 39-cu maddənin ikinci hissəsində “ixtisas, xüsusi rütbələrinə” sözləri “xüsusi və hərbi rütbələrinə, habelə ixtisas” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2023-cü il