Mark Aqarunov və Salman Rabayevdən, İsrail
25 yanvar 2024, 15:02
Hörmətli cənab Prezident,
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə Sizi - Ümummilli Lider Heydər Əliyevin yolunun sadiq davamçısını dəstəkləyirik.
Azərbaycanda doğulmuş və uzun illər bu gözəl diyarda yaşamış insan kimi həmişə müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən yəhudiləri rahat yaşaması üçün əlverişli mühiti hiss edirik. Siz demokratik hüquqi və dünyəvi dövlət quruculuğunu uğurla yerinə yetirən, ölkənin aparıcı siyasi partiyasının - Yeni Azərbaycan Partiyasının yüksək keyfiyyətlər nümayiş etdirən görkəmli Liderisiniz.
İqtisadiyyat, mədəniyyət, idman, xarici siyasət və digər sahələrdə əldə edilən mühüm uğurlar göz önündədir. Siz daim xalqın arasındasınız, sadə insanların qayğısına qalırsınız.
Siz Ordunun Ali Baş Komandanı kimi qətiyyətli fəaliyyətinizlə bütün dünyanın gözü qarşısında 44 gündə Qarabağı 30 illik işğaldan azad etdiniz və Qələbə qazandınız. Siz Vətən müharibəsində Qələbə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edərək, işğal olunmuş torpaqları ədalətli şəkildə azad edərək atanızın arzusunu gerçəkləşdirdiniz və adınızı ölkənin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdınız.
Fürsətdən istifadə edərək, Azərbaycanda yaradıcılığımıza verilən yüksək qiymətə görə ürəkdən minnətdarlığımızı bildiririk. Biz Azərbaycan musiqisini, bu doğma dildə mahnı oxuduğumuza, xüsusən Qarabağ mahnısını ifa etdiyimizə görə xoşbəxtik. İsrailin bu çətin günlərində də biz Azərbaycan musiqisini fəal şəkildə təbliğ etməyə davam edirik.
Yaşasın Ana Vətən Azərbaycan! Yaşasın Azərbaycan - İsrail dostluğu!
Hörmətlə,
Aqarunov Mark,
“Sevgi” Musiqi Mərkəzinin rəhbəri.
Rabayev Salman,
“Sevgi” ansamblının bədii rəhbəri.
İsrail Dövləti.