Vüsalə Əhmədovadan, Ottava, Kanada
23 yanvar 2024, 19:15
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə dəstəklədiyimi qürur hissi ilə bəyan edirəm.
Sizin 20 illik fəaliyyətiniz Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsi olmuşdur. Məhz Sizin qətiyyətli iradəniz, cəsarətli və məqsədyönlü siyasətiniz Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirmişdir.
Cənab Prezident, Siz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasını uğurla davam etdirərək respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirdiniz. Ali Baş Komandan kimi həyata keçirdiyiniz hərbi siyasət nəticəsində Müzəffər Ordumuz düşmən üzərində Qələbə çalaraq torpaqlarımızın bütövlüyünü təmin etdi.
Kanadada yaşayan Azərbaycan diasporu qarşıdan gələn növbədənkənar Prezident seçkilərində birmənalı olaraq Sizin qələbənizi arzulayır və dəstəkləyirik.
Hörmətlə,
Əhmədova Vüsalə,
“Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi.
Kanada, Ottava şəhəri.