Yaşar Pur Əlidən, Kanada
23 yanvar 2024, 18:05
Hörmətli cənab Prezident,
Biz Kanadada yaşayan Azərbaycan diasporu olaraq, hər zaman ölkəmizi əlimizdən gəldiyi qədər Kanadada təbliğ və təmsil etməyə çalışırıq. Böyük fəxr hissi ilə bildirmək istəyirəm ki, qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi qətiyyətlə dəstəkləyirik.
Məhz Sizin yüksək liderlik keyfiyyətləriniz, dövlət və xalq qarşısındakı xidmətləriniz sayəsində növbədənkənar Prezident seçkiləri ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcəkdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Sizin isə layiqincə davam etdirdiyiniz siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə həll yolu tapa bilmədiyi məsələni “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi. Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində biz yenidən əmin olduq ki, ölkəmizi daha parlaq gələcəyə aparan ən ideal namizəd Sizsiniz.
Cənab Prezident, Kanadada yaşayan Azərbaycan diasporu qarşıdan gələn növbədənkənar Prezident seçkilərində birmənalı olaraq Sizin qələbənizi arzulayır və dəstəkləyir!
Hörmətlə,
Yaşar Pur Əli,
“Az Mediam Group”un rəhbəri.
Kanada.