Pərvanə Ağazadədən, Şimali İrlandiya, Böyük Britaniya
22 yanvar 2024, 18:30
Hörmətli cənab Prezident,
Şimali İrlandiyadakı Azərbaycan icması fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir. Sizin rəhbərliyinizlə Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Müdrik addımlarınız, qətiyyətiniz sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq, 30 il ərzində işğal altında qalmış torpaqlarımız azad edildi. Siz həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdünüz, ölkəmizdə yeni mərhələ başlandı. Müharibə zamanı çoxsaylı xarici kütləvi informasiya vasitələrinə verdiyiniz müsahibələrdə Azərbaycan xalqının ədalətli mübarizəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdınız.
Cənab Prezident, Şimali İrlandiyadakı Azərbaycan icması ölkəmizin uğurlarından, xüsusilə də tarixi Qələbəmizdən qürur duyur. Biz qəti şəkildə əminik ki, prezident seçkilərində Siz qalib gələcəksiniz və Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək. Sizə qarşıya qoyduğunuz hədəflərə nail olunmasında müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Pərvanə Ağazadə,
Şimali İrlandiyadakı Azərbaycan icmasının rəhbəri.
Böyük Britaniya, Şimali İrlandiya.