Barat Kazımov və başqalarından, Cəlilabad, Azərbaycan
02 oktyabr 2012, 13:00
Möhtərəm cənab Prezident!
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev dühası ilə çiçəklənən Cəlilabadın tərəqqisinə, davamlı, dinamik sosial-iqtisadi inkişafına, əhalinin rahatlığına, sosial-rifah halının yüksəldilməsinə həmişə diqqət və qayğı ilə yanaşmısınız. 28 sentyabr 2012-ci il tarixində Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam bu diqqət və qayğının əyani sübutudur. 33 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Qarazəncir-Qarakazımlı Bayxanlı avtomobil yolunun tikintisi üçün maliyyə vəsaitinin ayrılması hamımızın ürəyini riqqətə gətirmiş, bütün cəlilabadlıları sevindirmişdir.
Möhtərəm Prezident!
Göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımızı və ən xoş arzularımızı bildirir, ümummilli liderimiz Heydər Əliyev siyasətinə həmişə sadiq olduğumuzu bəyan edir, Vətənimizin tərəqqisi və daha da çiçəklənməsi naminə çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Zati-alilərinizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.
Allah Sizi qorusun!
Alqasımlı kənd sakinləri adından hörmətlə,
Mansurov Qəzənfər Zəkulla oğlu,
Məmmədov Tehran Xudu oğlu,
Qubadov Məmməd Sayadulla oğlu,
Məmmədov Əlipaşa Qulam oğlu,
Məmmədov İbrahim İbiş oğlu,
Quliyev Bilal Güləhməd oğlu,
Kazımov Adışirin Barat oğlu,
Nəzərov Ağamoğlan Tapdıq oğlu,
Bağırov Yusif Qüdrət oğlu.
Cəmi: 270 nəfər.
Azərbaycan Respublikası, Cəlilabad rayonu.