logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Men Baka

Text size icon-size icon-size

02 oktyabr 2012, 18:30

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətləri, daim genişlənən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Hörmətli cənab Prezident, bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Koreya Respublikasının dost xalqına

daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 sentyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi