Minəvvər Vahabovadan, Nyu-Cersi, ABŞ
19 yanvar 2024, 12:31
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Azərbaycanımızın müasir tarixinə təkrarolunmaz 20 il kimi yazılan ötən dövrdə Sizin apardığınız uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olaraq ali dövləti vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyiniz yüksək idarəçilik qabiliyyəti, milli maraqlara söykənən daxili və xarici siyasətiniz qısa dövrdə xalqımızda və xarici ölkələrdə yaşayan həmvətənlərimizdə Sizə böyük rəğbət hissi, sonsuz inam və etibar qazandırdı.
Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin liderinə və söz sahibinə, dünya birliyində layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli dövlətə çevirdiniz.
Amerikada yaşayan Azərbaycan diasporu kimi biz hər zaman Sizin uğurlu siyasətinizin dəstəkçisi olmuş, daim birlik nümayiş etdirərək və dövlətimizə arxalanaraq fəaliyyətimizi qürur hissi ilə davam etdirmişik.
Hörmətli cənab Ali Baş Komandan, apardığınız müdrik siyasətin məntiqi nəticəsi kimi bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü tam bərpa etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirik.
Biz Amerika Azərbaycanlıları qarşıdan gələn növbədənkənar prezident seçkilərində “Qalib xalqın qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik. Hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirərək seçki məntəqələrinə gedib Vətənimizin layiqli oğluna – Sizə səs verəcəyik.
Hörmətlə,
Vahabova Minəvvər, Azərbaycan Amerika Qadın Assosiasiyasının sədri.
Amerika Birləşmiş Ştatları, Nyu Cersi ştatı.