logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

01 oktyabr 2012, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Hüseynov Natiq Əlabbas oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin rəisi
Bayramov Nazir Hümbət oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris
Mərkəzinin rəisi
Məmişov Niyaz Balaca oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki
təminat şöbəsinin rəisi

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ədliyyə general-mayoru ali hərbi rütbəsi verilsin:

İmranov Şəfahət Aydın oğlu - Azərbaycan Respublikası Hərbi
prokurorunun müavini
Kazımov Rasim Sadıq oğlu - Azərbaycan Respublikası Hərbi
prokurorunun müavini.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi