Məhəbbət İmanovdan, Marneuli, Gürcüstan


18 yanvar 2024, 18:28
Hörmətli cənab Prezident,
Sizi Gürcüstanda yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən salamlayır, ən xoş arzularımı bildirirəm.
Bütün dünya Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının siyasət, hərbi, quruculuq, elm, təhsil, idman və mədəniyyət sahələrində əldə etdiyi misilsiz nailiyyətlərin şahididir. Əlbəttə, ən möhtəşəmi Azərbaycanın tarixi Zəfəridir. Sizin müdrik siyasətiniz və qətiyyətli addımlarınız, Ordumuzun rəşadəti və qəhrəmanlığı sayəsində Azərbaycan xalqı həmişəlik tarixi Qarabağ diyarına qayıdıb. Əminəm ki, Azərbaycan Respublikası bundan sonra da təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin davam etdirdiyiniz yolla irəliləyərək daha böyük zirvələr fəth edəcək.
Cənab Prezident, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətləri Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunmuş Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlını və gürcü ictimaiyyətini çox sevindirir. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı tərəfinizdən bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan Respublikasında fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizin parlaq qələbənizi səbirsizliklə gözləyir. Biz birlikdə güclüyük!
Hörmətlə,
İmanov Məhəbbət,
Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru.
Gürcüstan, Marneuli şəhəri.