Mobil Məmmədovdan, Daşkənd, Özbəkistan
17 yanvar 2024, 16:13
Möhtərəm cənab Prezident.
Özbəkistandakı Azərbaycan diasporu adından Sizə ehtiramımızı, ən xoş arzularımızı çatdırırıq. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi “Qalib xalqın qalib Lideri” şüarı ilə dəstəkləyirik.
Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq xalqımız tarixi Qələbənin sevincini yaşadı. Ötən ilin sentyabrında isə uğurlu antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bununla həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaranıb, əməkdaşlıq üçün daha münbit şərait formalaşıb.
Əminik ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaqdır.
Sizə uğurlar, Vətənimiz Azərbaycana davamlı inkişaf və firavanlıq arzulayırıq.
Hörmətlə,
Məmmədov Mobil, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri.
Özbəkistan Respublikası, Daşkənd şəhəri.