İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul etmişdir
Text size
01 oktyabr 2012, 18:30
Prezident İlham Əliyev Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Foruma olan beynəlxalq marağın önəmi qeyd olundu.
Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqa Bakıda və Gəncədə gedən sürətli inkişaf proseslərinin onda böyük təəssürat oyatdığını dedi.