Aynur Həsənovadan, Gəncə, Azərbaycan
15 yanvar 2024, 15:40
Hörmətli cənab Prezident.
Sizin prezidentliyə namizədliyinizin irəli sürülməsi Azərbaycan xalqının arzu və istəyidir.
Cənab Prezident, əminliklə deyə bilərəm ki, bu gün hər bir vətəndaş kimi Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti də qüdrətli dövləti və öz sözünü, xalqın istəyini dünyaya çatdıran müdrik Prezidenti ilə fəxr edir. Qələbəni təmin edən xalq-iqtidar birliyi Azərbaycanı səciyyələndirən əsas nailiyyətdir.
Möhtərəm Prezident, respublikamızın tərəqqisi, dövlətçiliyimiz naminə əzmkar və məqsədyönlü fəaliyyətinizdə Sizi dəstəkləyir, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Həsənova Aynur, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.