Şəmsiyyə Mirhəşimlidən, Lənkəran, Azərbaycan
Text size


13 yanvar 2024, 14:23
Hörmətli cənab Prezident.
Sizin sərkərdəliyinizlə xalqımız son 200 il ərzində ən böyük qələbə qazanmış, sərhədlərimiz bərpa edilmişdir. Xalqımızın qəhrəmanlıqla zəngin tarixi XXI əsrdə bir daha təsdiqini taparaq milli ruhumuzun yenidən doğuluşunu, cəmiyyətimizin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarını şərtləndirdi.
Cənab Prezident, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş xalqın və müstəqil dövlətin Lideri kimi seçkilərdə Sizə uğurlar arzulayıram. Hər zaman yanınızdayıq.
Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Mirhəşimli Şəmsiyyə
Azərbaycan Respublikası, Lənkəran şəhəri.