Günel Hüseynova və başqalarından, Gəncə, Azərbaycan


13 yanvar 2024, 12:06
Hörmətli cənab Prezident,
Şəhər və rayonlarımızda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri Sizin ən çox diqqət yetirdiyiniz məsələlərdəndir. Həyata keçirilən bu cür tədbirlər şəhərlərimizi gözəlləşdirir, sakinlərin rahatlığına xidmət edir.
Gəncə şəhəri həmişə gözəlliyi ilə seçilib. Lakin Sizin Gəncəyə diqqətiniz sayəsində aparılan quruculuq işləri doğma və qədim şəhərimizi daha baxımlı edib, gözəlliyini artırıb.
Şəhərin bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.
Bu işlər bizi sevindirdiyi qədər də qürurlandırır. Bütün bunlara görə Sizə şəhər sakinlərinin adından təşəkkür edirik.
Hörmətlə,
Hüseynova Günel,
Ələkbərova Nuridə,
Hümbətova Sevda,
Balıyev Elmar,
Abbasova Yeganə.
Azərbaycan Respublikası, Gəncə şəhəri.