Yusif Hümbətovdan, Samux, Azərbaycan


13 yanvar 2024, 11:20
Hörmətli cənab Prezident.
Ölkəmizin iqtisadi qüdrətinin artırılması və dünya ölkələri sırasında öz layiqli yerini tutması istiqamətində görülən işlər və onun müsbət nəticələri bir vətəndaş və iqtisadçı alim olaraq məni sevindirir.
İqtisadi maraqların toqquşduğu və siyasi münaqişələrin hökm sürdüyü müasir dünyada düzgün strateji xətt müəyyənləşdirmək, dövləti və xalqı tərəqqiyə doğru aparmaq çox çətin məsələdir. Siz bütün bu çətinliklərin öhdəsindən layiqincə gəlirsiniz.
Müdrik siyasətiniz nəticəsində əldə olunan uğurlara görə Sizə təşəkkür edir, cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Hümbətov Yusif Əbülfət oğlu,
iqtisad elmləri doktoru.
Azərbaycan Respublikası, Samux rayonu, Sərkar kəndi.