Nigar Qasımova və başqalarından, Gəncə, Azərbaycan


12 yanvar 2024, 18:09
Hörmətli cənab Prezident,
Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir. Regionlarda gedən quruculuq, abadlıq işləri həmin bölgənin sakinlərinə sevinc hissləri yaşadır.
Ölkəmizin hər bir diyarında inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur. Gəncə şəhəri də inkişaf və quruculuq mərkəzinə çevrilib. Bütün məhəllələrdə istirahət guşəsi və uşaqlar üçün əyləncə meydançaları yaradılmışdır. Küçələr əsaslı təmir olunur, yeni görkəmə salınır.
Cənab Prezident, Gəncəmizin abadlaşması və sakinlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik.
Hörmətlə,
Qasımova Nigar,
Məmmədova Gülnara,
Əşrəfli Könül,
Hüseynova Şəfiqə,
Məmmədov Rəşad.
Azərbaycan Respublikası, Gəncə şəhəri.