Sevil Nuriyeva və başqalarından, Gəncə, Azərbaycan
Text size


11 yanvar 2024, 14:21
Hörmətli cənab Prezident.
Azərbaycanın istiqlaliyyət tarixinin izlərini qoruyub saxlayan Gəncəmiz gündən-günə gözəlləşir.
Müasir tələblərə cavab verən quruculuq işləri sakinləri çox sevindirir. Şəhərə xas olan bütün abidələr yenidən qurulsa da, tarixi incilər qorunub saxlanılır. Şəhərimizdə dini-tarixi və digər abidələrə diqqət və qayğı ilə yanaşılır, bununla yanaşı, yeni yollar tikilir, küçələr abadlaşır.
Şəhərimizin simasını gözəlləşdirən bütün bu işlərə görə Sizə minnətdarıq.
Hörmətlə,
Nuriyeva Sevil
İbrahimova Rəqibə
Cəfərov Elnur
Vəliyev Müşfiq.
Azərbaycan Respublikası, Gəncə şəhəri.