logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vəli Səyadidən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 yanvar 2024, 13:10

Möhtərəm cənab Prezident.

Mənim övladım sağlamlıq imkanları məhdud olduğundan Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonu ərazisində yerləşən ixtisaslaşmış Sosial Xidmət Mərkəzində sosioloji, psixoloji və loqopedik xidmətlər alır. Bu mərkəzdə xidmətlər çox yüksək səviyyədə göstərilir. Mən bir valideyn kimi övladımda olan irəliləyişi görürəm və bu, məni çox fərəhləndirir.

Möhtərəm cənab Prezident, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan bu cür mərkəzlərə, burada göstərilən xidmətlərə görə şəxsən Sizə və Mehriban xamına minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Səyadi Vəli.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi