logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aidə Həsənovadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

11 yanvar 2024, 11:00

Möhtərəm cənab Prezident,

Yeni Azərbaycan Partiyasının Sizin prezidentliyə namizədliyinizi irəli sürməsi qərarı təbii ki, Azərbaycan xalqının arzu və istəyini ifadə edir.

Sizin rəhbərliyiniz ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib.

Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsidir. Sizin uğurlu xarici siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Siz tarixə həm qurucu, islahatçı Prezident kimi, həm də qalib Sərkərdə, müzəffər Ali Baş Komandan kimi düşdünüz. Ölkəmizdə quruculuq və abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında Sizin misilsiz xidmətləriniz var. Azərbaycan xalqı Sizə inanır, daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətinizi yekdilliklə dəstəkləyir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Eşq olsun, qalib xalqın qalib Sərkərdəsi cənab İlham Əliyevə!

Hörmətlə,

Həsənova Aidə Musa qızı,

Azərbaycan Dövlət Aqrar Universitetinin Dillər kafedrasının müdiri, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi