logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elxan Xəlilovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

08 yanvar 2024, 15:01

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Sizin müdrik komandanlığınızla qəhrəman Ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

Cənab Prezident, Siz 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzaladınız. Bu seçkini həm də Zəfər seçkisi adlandırmaq olar. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Demək ki, 7 fevral Böyük Qayıdışın təminatçısıdır.

Siz xalqın etimadına güvənərək erkən seçkilərə getdiniz. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Azərbaycan xalqı Sizin bu addımınızı yekdilliklə qarşıladı. Çünki xalq Sizi sevir. Xalq Qalib Sərkərdəsini ömürlük Prezident kürsüsündə görməsi və seçkilərdə qalib gəlməsi üçün ümumxalq səfərbərliyini nümayiş etdirərək yekdilliklə Sizi dəstəkləyəcək. Mən buna əminəm. 

Cənab Prezident!

Biz – əhalisinin sayı 3000 nəfər təşkil edən Kərimbəyli kənd sakinləri də böyük sevinc və coşqu ilə 7 fevral gününü gözləyirik.

Yaşasın müstəqil Azərbaycan və onun ömürlük Lideri cənab İlham Əliyev!

Hörmətlə,

Xəlilov Elxan Gülağa oğlu

Azərbaycan Respublikası, Salyan rayonu. Kərimbəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi