logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arzu Həmzəyevadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

07 yanvar 2024, 19:00

Çox hörmətli cənab Prezident, sevimli və əziz Ali Baş Komandan.

Mənə və ailəmə şəxsən göstərdiyiniz daimi diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Xalq artistləri İbrahim və Zəroş Həmzəyevlərin qızı olaraq demək istərdim ki, ata vəsiyyətini layiqincə yerinə yetirməyiniz və torpaqlarımızı azadlığa qovuşdurmağınız məni və ailəmi hədsiz sevindirdi. Bu şərəfli missiyanızda qarşınızdakı əngəlləri səbirlə aşmağınız, yaşından asılı olmayaraq, hər bir azərbaycanlı üçün stimul oldu. Artıq Sizin sayənizdə bu gün fəxrlə deyə bilirəm ki, mən, bütöv Azərbaycanın vətəndaşıyam.

Uca Yaradan köməyiniz olsun, qarşınızda duran bütün ali missiyalarınızı həyata keçirmək üçün Sizə səbir, güc və uğurlar arzu edirəm!

Sizə həm öz adımdan, həm də hər zaman diqqətinizi görən ailəmiz adından bir daha təşəkkür edirəm.

Hörmətlə,

Həmzəyeva Arzu İbrahim qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi