logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Astana şəhərində fəaliyyət göstərən “Xəzər" Etnomədəni Birliyindən, Qazaxıstan

Text size icon-size icon-size

30 dekabr 2023, 15:42

Hörmətli cənab Prezident.

Biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Azərbaycan Respublikasında 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəkləyirik.

Qırx dörd günlük müharibədə rəşadətli Azərbaycan Ordusu bütün güc və bacarığını dünyaya göstərdi. Uzun illər işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad olundu, indi məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına qayıdırlar.

Bacarıqlı və yenilməz Ordumuzun qüdrəti, Ali Baş Komandanımızın siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-20-də birgünlük antiterror tədbirləri nəticəsində mənfur erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Ağdərə, Xocalı, Xankəndi şəhərlərində Azərbaycanın üçrəngli Bayrağı qaldırıldı və əbədi olaraq dalğalanacaq.

Möhtərəm Prezidentimiz, Sizin 20 illik uğurlu fəaliyyətiniz sayəsində Azərbaycan dünyada keçirilən ən mötəbər sammit və tədbirlərdə yüksək səviyyədə iştirak edir və edəcək. Biz, Astana şəhərində fəaliyyət göstərən “Xəzər” Etnomədəni Birliyi olaraq Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd etdik və hər il noyabr ayında Zəfər bayramı ilə əlaqədar burada yaşayan azərbaycanlılar qazax xalqının nümayəndələri ilə birlikdə bayram tədbiri təşkil edirik. Məqsədimiz gənclərimizi vətənpərvərlik ruhunda yetişdirmək, Azərbaycan və qazax xalqları arasında dostluq, qardaşlıq münasibətlərini davam etdirmək və daha da möhkəmləndirməkdir.

Biz iki qardaş Türk dövlətləriyik və Azərbaycan-Qazaxıstan dostluğu, qardaşlığı uzun illər olub və bundan sonra da olacaq. Qazaxıstanda yaşayan on minlərlə Azərbaycan vətəndaşı Vətənimizdən uzaqda olsa da, hər zaman arzu və istəyi Azərbaycanı güclü, qüdrətli, suveren və müstəqil görməkdir.

Dövlətimizin başçısının fəaliyyəti nəticəsində gündən-günə çiçəklənən, inkişaf edən, müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatı güclü olan respublikanın vətəndaşı olduğumuz üçün qürur duyuruq.

Cənab Prezident, Sizin siyasətinizi dəstəkləyirik və bütün vətəndaşlarımızı 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə iştirak etməyə çağırırıq.

Hörmətlə,

Astana şəhərində fəaliyyət göstərən “Xəzər” Etnomədəni Birliyi.

Qazaxıstan Respublikası, Astana şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi