Feyruz Cəbiyev və başqalarından, Kürdəmir, Azərbaycan
Text size


30 dekabr 2023, 18:02
Hörmətli cənab Prezident!
Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Sizin rəhbərliyinizlə görülən işlər sırasında yaşadığımız, lakin qəza vəziyyətində olan evlər yenidən tikilir. Bu işlərə, o cümlədən rayonumuzda aparılan abadlıq və quruculuq işlərinə görə Sizə minnətdarıq.
Cənab Prezident, rayonumuza, vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz təşəkkürümüzü bildiririk.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Cəbiyev Feyruz,
Eyyubova Gülnar,
Mürsəlova Güldəstə,
Həsənov Gülbala.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.