Umud Cəfərov və başqalarından, Kürdəmir, Azərbaycan


30 dekabr 2023, 17:00
Hörmətli cənab Prezident.
Sizin apardığınız uğurlu daxili və xarici siyasətinizi izləyir, yeni-yeni nailiyyətlərinizin şahidi olur, bütün bunlara ürəkdən sevinir və uğurlarınızı alqışlayırıq.
Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan dünyada qalib ölkə kimi tanınıb və söz sahibinə çevrilib. Bu gün bütün dünya Azərbaycanın öz gücünə Qarabağda apardığı möhtəşəm işlərə heyranlığını bildirir.
Abadlıq işləri təkcə Qarabağda deyil, bütün ölkədə görülür. Bu qəbildən aparılan işlər nəticəsində qəzalı evlərimizin yenidən inşa edilməsi bizi hədsiz dərəcədə sevindirdi.
Bizə bu sevincli günləri yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Allah Sizi qorusun!
Hörmətlə,
Cəfərov Umud,
Abbasov Abbas,
Məmmədov Nadir,
Abbasova Ruqiyyə,
Abdullayeva Gülbəst
Azərbaycan Respublikası, Kürdəmir rayonu.