Arzu Əliyevadan, Sumqayıt, Azərbaycan
18 sentyabr 2012, 10:35
Hörmətli Prezident!
Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və tərəfinizdən əfv olunması bir gənc vətəndaş kimi məni çox sevindirdi. Bu, Sizin xalqımıza, biz gənclərə olan qayğınızın göstəricisidir. Siz bir daha sübut etdiniz ki, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxır. Sizin qətiyyətli addımınız xalqımızın və Milli Ordumuzun Ali Baş Komandana inamını daha da artırdı. Bu, məni çox qürurlandırdı. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, hər bir işdə uğurlar arzulayıram. İnanıram ki, dövlətimiz, gənclər Sizin sayənizdə böyük uğurlar qazanacaqdır.
Dərin hörmətlə,
Əliyeva Arzu Rəsul qızı, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 48.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.