logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəzəralılı, Şıxbağı, Kəndəbil və Ağabağı kənd sakinlərindən, Zərdab, Azərbaycan

Text size icon-size icon-size

30 dekabr 2023, 16:30

Hörmətli cənab Prezident.

Uzun illər idi kəndlərarası yollarımız çox narahat idi. Yayı tozlu, qışı palçıqlı olurdu. Bu ilin iyul ayında kəndlərarası yolların yenidən qurulması haqqında Sizin imzaladığınız Sərəncam kiçikdən böyüyə hamımızın sevincinə səbəb oldu. Tezliklə qızğın iş başladı. Artıq yolun çəkilişi başa çatmışdır. Biz kənd camaatının gediş- gəlişi çox rahatlaşmışdır. Sevincimizin həddi-hüdudu yoxdur.

Hörmətli cənab Prezident, kəndlərimizə çəkilən bu yol Sizin rəhbərliyinizlə bizi işıqlı sabahlara, parlaq gələcəyə, yeni-yeni zirvələrə aparacaqdır.

Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nəzəralılı, Şıxbağı, Kəndəbil və Ağabağı kənd sakinləri:

Qasımov Yasəf Mehdi oğlu,

Əhmədov Araz Alim oğlu,

Əliyev Binnət Sovqat oğlu,

Mikayılov Vahid Xudu oğlu,

Mirzəyev Əliağa Sahib oğlu və başqaları (80 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi