Gülyan Əliyeva, Xasa Şirəliyeva və Qüdrət Məmmədovdan, İmişli, Azərbaycan


30 dekabr 2023, 15:20
Hörmətli cənab Prezident.
Ölkəmizin iqtisadi qüdrətinə heyran qalmışıq. Bir tərəfdən işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük vəsaitlərin ayrılması, digər tərəfdən bölgələrdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin icrası bunu deməyə əsas verir. Bizim qəzalı evlərimizin əvəzində yenilərinin tikilməsi də ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir.
Əziz Prezidentimiz, vaxtilə Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Azərbaycanın bugünkü mənzərəsi bu sözləri bir daha təsdiq edir.
Sizə daim uğurlar arzu edirik.
Hörmətlə,
Əliyeva Gülyan,
Şirəliyeva Xasa,
Məmmədov Qüdrət.
Azərbaycan Respublikası, İmişli şəhəri.