Adam Amilov və Şaul Siman-Tovdan, Kiryat Ekron, İsrail


30 dekabr 2023, 12:21
Hörmətli cənab Prezident.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəklədiyini bildiririk. Vaxtilə Azərbaycandan İsrailə gələn mühacirlər adından da bu növbədənkənar seçkiləri yekdilliklə dəstəklədiyimizi bəyan edirik.
Siz böyük prezidentlik təcrübəsi ilə Qafqazda əsl siyasi liderə çevrilmisiniz. Bu gün biz Azərbaycan haqqında mürəkkəb və həssas regionda sülhün qorunmasında mühüm rol oynayan, siyasi sabitliyə malik ölkə kimi əminliklə danışa bilərik.
Azərbaycanın qonşu dövlətlərin başçıları ilə yaxşı münasibətlərin saxlanmasına böyük önəm verməsi onun praqmatik xarici siyasətinin vacib qoludur Ümumiyyətlə, Sizin uğurlu diplomatiyanız həmişə öz bəhrəsini verir.
Azərbaycan enerji xammalı bazarlarındakı əlverişli şəraitdən istifadə edərək milli iqtisadiyyatın inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilmişdir. Eyni zamanda, neft gəlirlərinin yenidən investisiya edilməsi üzrə düşünülmüş siyasət sayəsində Azərbaycanda qlobal risklərin, xüsusilə də qlobal maliyyə böhranının əhəmiyyətli itkilərinin öhdəsindən gəlməyə imkan verən etibarlı təhlükəsizlik yastığı yaradılıb.
Sizin siyasi, hərbi-strateji və mənəvi rəhbərliyinizlə Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan xalqının çoxəsrlik tarixinin müasir dövründə almaz kimi parlayacaq abidədir. Doğma Qarabağımız kimi qürurlu, Qarabağın tacı Şuşa kimi işıq saçan bu almaz abidə Qələbəni tərənnüm etməklə möhtəşəmlik, şərəf, ləyaqət, mərdlik, ədalət və qürur şüaları ilə parlayır.
Sizin qürurverici “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz xalqımız tərəfindən doğma torpaqların azadlığı uğrunda mübarizənin milli şüarı kimi qəbul edildi və milli tarixi yaddaşımızın zirvəsini taclandırdı. Vətən müharibəsinin 44 günü bütün ölkə anda çevrilmiş bu sözlərlə yaşamış, igidlərimiz döyüşə qalxmış, şəhidlər gənc, saf canlarını Vətən üçün fəda etmişlər.
Erməni işğalçılarının məğlubiyyətindən sonra bu şüar əsrlər boyu böyük Qələbənin milli simvolu olaraq qalacaqdır. Bundan daha uca, daha inamlı və daha bəlağətli səslənəcək sözlər yoxdur!
Qəhrəman Azərbaycan Ordusunun hərbi əməliyyatlarının ədalətli və sivil olduğunu göstərən ölkəmiz təcavüzkarın və onun himayədarlarının yalançı təbliğatının bütün uydurmalarını məhv etdi, düşmən üzərində kardinal hərbi üstünlük qazandı, dünya ictimaiyyətinə ritorikadan uzaq, dərin mənalı suallar verdi.
Ermənistan bu müharibədə hazırkı mərhələdə bərpa edə bilməyəcəyi yüzlərlə ağır texnikasını itirib. Vətən müharibəsinin 44 günü ərzində hər birimiz səbirsizliklə Sizin xalqa müraciətlərinizi gözləyir, sonra isə Liderimizin çıxışlarını dönə-dönə yenidən dinləyirdik.
Cənab Prezident! Biz əziz həmvətənlərimizə üz tutaraq Azərbaycanın bizim Vətənimiz olduğunu, ölkəmizin taleyinə, tərəqqisinə biganə olmadığımızı deyirik. Bununla əlaqədar növbədənkənar prezident seçkilərini dəstəklədiyimizi bir daha qeyd edərək, hamını 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırırıq.
Hörmətlə,
Adam Amilov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti,
Şaul Siman-Tov, Assosiasiyanın baş direktoru.
İsrail Dövləti, Kiryat Ekron şəhəri.