Təranə Novruzovadan, Vankuver, Kanada


30 dekabr 2023, 11:00
Əziz və hörmətli cənab Prezident!
Biz Azərbaycandan uzaqda olsaq da ürəyimiz hər zaman Azərbaycanla döyünür və doğma Vətənimizin dünya miqyasında tanıdılmasında və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində öz dəstəyimizi göstərməkdə heç nəyi əsirgəmədən daim çalışırıq. Sizin öndərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycanın haqq işi Cəmiyyətimiz tərəfindən daim müdafiə edilmişdir. Buna misal olaraq Vankuver şəhərində təşkil edilmiş ölkəmizə dəstək yürüşlərini, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün təşkil edilmiş tədbirləri, həmçinin sosial media vasitələri ilə erməni diasporunun yalanlarının ifşa edilməsini göstərmək olar.
Diqqətinizə çatdırmaq istərdim ki, biz Kanadanın Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti olaraq, növbəti ildə baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Sizin namizədliyinizi tam şəkildə dəstəkləyirik. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dünya səhnəsində daha çox nailiyyətlərə imza atacaqdır. Biz, həmçinin əminik ki, Sizin rəhbərliyiniz Azərbaycanın hər bir bölgəsinə firavanlıq gətirəcək və Sizin rəhbərliyinizlə Azərbaycan ən güclü ölkələrdən biri kimi parlayacaqdır.
Cənab Prezident, mən bir daha Cəmiyyətimizin bütün üzvləri adından Sizə və Azərbaycanımız uğrunda öz qanından keçən, Vətən yolunda can verən hər bir həmvətənimizə dərin minnətdarlığımı bildirirəm.
Sağ olun! Var olun!
Hörmətlə,
Novruzova Təranə,
Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin sədri.
Kanada, Vankuver şəhəri.