Məntiq Mehdiyevdən, Gəncə, Azərbaycan


30 dekabr 2023, 10:18
Möhtərəm cənab Prezident,
Mən Qarabağ müharibəsində sağlamlığımı itirmişəm. Bu günlərdə səhhətim pisləşdi, məndə müxtəlif xəstəliklər yarandı. Müalicə olunmaq üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Bakı şəhərində yerləşən dövlət səhiyyə müəssisəsinə göndərildim və orada uğurla müalicə olundum. Ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün belə yaxşı şərait yaratdığınız üçün Sizə təşəkkür edirəm.
Eyni zamanda, mən Mehriban xanıma minnətdaram. Onun tapşırığına əsasən, vaxtilə gözlərim əməliyyat olunmuşdu. Sizin qayğıkeşliyiniz, vətənpərvərliyiniz ən xoş sözlərə layiqdir.
Hörmətlə,
Mehdiyev Məntiq,
Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.