Azadə Cavadzadədən, Lənkəran, Azərbaycan


29 dekabr 2023, 17:23
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Yaşadığımız möhtəşəm günlərə görə kəndimizin sakinlərinin, o cümlədən ailə üzvlərimin təşəkkürlərini və salamlarını Sizə çatdırmaqdan qürur duyuram.
Sizin - Ulu Öndərin layiqli davamçısının sayəsində Azərbaycan Qalib ölkəyə çevrilib. Xalqımız Sizin “Dəmir yumruğ”unuz ətrafında birləşərək dünyada birlik, mərdlik nümunəsi oldu.
Sizin və yenilməz Ordumuzun sayəsində suverenliyimiz təmin olundu. Xalqımız gələcək arzularını Sizinlə qurur. Ona görə də hamımız bir nəfər kimi prezident seçkilərində Sizə səs verəcəyik.
Biz Sizinlə fəxr edirik!
Hörmətlə,
Cavadzadə Azadə.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Darquba kəndi.