Yeganə Bağırovadan, Bakı, Azərbaycan


29 dekabr 2023, 18:20
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Siz xalqın sevimli Lideri, tarix yaxan Sərkərdə, dünya səviyyəli diplomatsınız. Siz bütün uca zirvələrə, ən yüksək titullara layiqsiniz.
Yeni Azərbaycan Partiyasının üzvü kimi gələcək seçkilərdə Sizi dəstəkləməkdən qürur duyuram. Xalqımız artıq öz seçimini etmişdir.
Cənab Prezident, Sizin Qarabağa hər səfəriniz bizim üçün bayrama çevrilir. Sizin bütün qərarlarınızı yekdilliklə dəstəkləyir, həmçinin qürur duyuruq.
Xocalıda, Şuşada, Xankəndidəki çıxışlarınız qəlbimizi dağa döndərir, həyat eşqimizi artırır. Tarix müəllimi kimi son illərdəki hadisələrə, şanlı qələbələri tədris etməkdən şərəf duyuram. Bu hissləri Sizin sayənizdə yaşayırıq.
Allah hər bir azərbaycanlının Sizinlə bağlı xoş niyyətli dualarını qəbul etsin!
Torpaqlarımızın azadlığı, xalqımızın müstəqilliyi əbədi olsun!
Hörmətlə,
Bağırova Yeganə.
Azərbaycan Respublikası, Bakı şəhəri.