F.E.İsgəndərovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
25 sentyabr 2012, 19:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 sentyabr 2012-ci il.