Zahid Ağayev və başqalarından, Kürdəmir, Azərbaycan


29 dekabr 2023, 16:44
Möhtərəm cənab Prezident.
Siz çətinliklə üzləşən, dara düşən insanlar üçün hər zaman pənah ünvanı, ümid çırağı olmusunuz. Kürdəmir rayonunda baş vermiş zəlzələ nəticəsində bizim evlər qəzalı vəziyyətə düşmüşdü. Belə çətin bir vaxtda yenə dövlətimiz harayımıza yetişdi, bizə kömək göstərdi. Doğrusu bunu gözləyirdik. Ölkəmizin iqtisadi qüdrəti, Sizin humanistliyiniz bizi hər zaman nikbin olmağa vadar edir.
Əziz Prezidentimiz, qəzalı evlərimizin əvəzində yenilərinin tikilməsinə kömək göstərildiyi üçün Sizə minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Hörmətlə,
Ağayev Zahid,
Salmanova Reyhan,
Ağayev Abbas,
Mehtiyev Məcid,
Bağırov Natiq.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Topalhəsənli kəndi.