Cavanşir Kazımovdan, Siyəzən, Azərbaycan


28 dekabr 2023, 11:20
Hörmətli cənab Prezident.
Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlıq bildirirəm.
Mən YAP üzvüyəm, daim Sizin müdrik siyasətinizi dəstəkləyirəm. Siz özünəməxsus idarəçilik xətti olan, sevilən, seçilən, şöhrətiniz gündən günə artsa da sadəlik zirvəsindən enməyən əziz Rəhbərsiniz.
Siz təkcə ölkəmizin vətəndaşlarının deyil, dünyadakı bütün azərbaycanlıların dayağı olmaq üçün Tanrı tərəfindən göndərilmisiniz.
Məhz Sizin sayənizdə torpaqlarımız azad olundu, regiona sülh gəldi. Sizə növbəti seçkilərdə uğurlar arzulayıram. Bizim Sizdən başqa seçimimiz ola bilməz.
Cənab Prezident, gördüyünüz bütün işlərdə Sizin yanınızdayıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Kazımov Cavanşir
Azərbaycan Respublikası, Siyəzən rayonu.