logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elsibar Qənbərovdan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

27 dekabr 2023, 16:32

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəşadətli Azərbaycan Ordusuna rəhbərliyiniz sayəsində qəhrəman oğullarımız torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Bu möhtəşəm tarixi Qələbə Qərbi Azərbaycandan olan soydaşlarımızda doğma torpaqlarına qayıdacaqları günün uzaqda olmadığına ümid yaradır.

İnanırıq ki, hazırda regionlarda aparılan abadlıq-quruculuq işləri yaxın gələcəkdə bütün qədim yurdlarımızda, o cümlədən Qərbi Azərbaycanda da geniş vüsət alacaq. İşğaldan azad olunan torpaqlarımıza yola düşən köç karvanları Qərbi Azərbaycana da yola düşəcək. Əminik ki, o gün uzaqda deyil.

Hörmətlə,

Qənbərov Elsibar Bayram oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi