“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
27 dekabr 2023, 11:11
Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310; 2022, № 12, maddə 1395; 2023, № 1, maddə 41; Azərbaycan Respublikasının 2023-cü il 6 oktyabr tarixli 1002-VIQD nömrəli Qanunu) 3.4.11-ci və 3.4.12-ci maddələrinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2023-cü il