Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyevdən
26 dekabr 2023, 18:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin kollektivi adından Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, ölkəmizə isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Cənab Prezident, Sizin uğurlu siyasətiniz sayəsində torpaqlarımız işğaldan azad olunmuşdur. Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunmuş nailiyyətlər 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşmış, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz suverenliyini tam bərpa etmişdir.
Azərbaycan Respublikasının öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz Sizin regionda davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səyləri alqışlayırıq. Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfə həqiqətən təqdirəlayiqdir. Xüsusilə Ukrayna üçün çətin bir zamanda bu ölkənin xalqına göstərdiyiniz humanitar yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli cənab Prezident, Sizə fəaliyyətinizdə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.
Dərin hörmət və ehtiramla,
Əli Əliyev
Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna
İş Adamları və Sənayeçiləri Birliyinin sədri