Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən
26 dekabr 2023, 16:20
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Türk Dövlətləri Parlament Assambleyasının qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə türk dövlətlərinin birliyi, həmrəyliyi və əməkdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş səyləri türk dünyasında təqdirlə qarşılanır. Qardaş dövlətlərlə möhkəm dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər bu əməkdaşlığın zənginləşməsinə, yüksələn xətt üzrə inkişafına güclü təsir göstərməkdədir.
Əldə edilmiş nailiyyətlərin türk dünyası üçün əhəmiyyəti böyükdür. Əminəm ki, birliyimiz naminə göstərdiyiniz dəstəklə türk dövlətləri arasında əlaqələr daha da şaxələnəcəkdir.
Həmçinin TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən göstərilən daimi diqqətə və yaradılmış şəraitə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, həmçinin Sizi və ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlarınızın daimi olmasını arzulayıram.
Dərin hörmət və ehtiramla,
Mehmet Süreyya Er
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi