logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Text size icon-size icon-size

26 dekabr 2023, 12:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, hər zaman nikbin əhvali-ruhiyyə, tükənməz quruculuq enerjisi, uğurlar və gələcəkdə də məhsuldar fəaliyyət arzulayım. Sizə və yaxınlarınıza parlaq gələcək, firavanlıq və xoş günlər diləyirəm.

Dərin hörmətlə,

Radik Batırşin

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi