2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Əmr Musadan
25 dekabr 2023, 12:39
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İndiyə qədər əldə etdiyiniz nailiyyətlər Sizin peşəkar liderliyiniz və yaxşı düşünülmüş siyasətiniz sayəsində mümkün olub. Siz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, davamlı tərəqqi və yüksəlişin nadir nümunəsinə nail olmusunuz. Siz sülh şəraitində birgəyaşayışa və qonşularınızla əməkdaşlığa önəm verirsiniz. Həmçinin Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, təşkilatın fəaliyyətinə mühüm töhfələr vermisiniz. Təbii ki, bunlar 2023-cü ildə əldə etdiyiniz nailiyyətlərin bir qismidir. Əminəm ki, yeni ildə daha mühüm məqsədlərin həyata keçirilməsinə nail olacaqsınız. Bu sırada COP29-u xüsusi vurğulamaq istərdim. Uğurlarınız daim himayə etdiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən yüksək qiymətləndirilir.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi Yeni 2024-cü il münasibətilə də təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram. Yeni ildə Sizin rəhbərliyinizlə Azərbaycana, eləcə də bütövlükdə regiona sülh, sabitlik, tərəqqi diləyirəm.
Möhtərəm Prezident, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Hörmətlə,
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü,
1991-2001-ci illərdə Misirin xarici işlər naziri