“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
25 dekabr 2023, 11:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərclərini dürüstləşdirmək məqsədilə qərara alıram:
“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1459) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bəndin “Məbləğ (manatla)” sütununda “2.241.239.633,0” rəqəmləri “2.301.959.633,0” rəqəmləri ilə əvəz edilsin.
2. 3.1.4-cü yarımbənd üzrə:
2.1. “Məbləğ (manatla)” sütununda “1.803.778.570,0” rəqəmləri “1.873 778.570,0” rəqəmləri ilə əvəz edilsin;
2.2.1-ci abzasın “Məbləğ (manatla)” sütununda “1.653.778.570,0” rəqəmləri “1.625.778.570,0” rəqəmləri ilə əvəz edilsin;
2.3.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “150.000.000,0” rəqəmləri “248.000.000,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3.1.6-cı yarımbənd üzrə:
3.1.“Məbləğ (manatla)” sütununda “174.809.683,0” rəqəmləri “165.529.683,0” rəqəmləri ilə əvəz edilsin;
3.2. 2-ci abzasın “Məbləğ (manatla)” sütununda “4.000.000,0” rəqəmləri “2.720.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.3.3-cü abzasın “Məbləğ (manatla)” sütununda “50.000.000,0” rəqəmləri “30.000.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.4.4-cü abzasın “Məbləğ (manatla)” sütununda “40.000.000,0” rəqəmləri “55.000.000,0” rəqəmləri ilə əvəz edilsin;
3.5. 7-ci abzasın “Məbləğ (manatla)” sütununda “10.000.000,0” rəqəmləri “7.000.000,0” rəqəmləri ilə əvəz edilsin.
4. 3.3-cü bəndin “Məbləğ (manatla)” sütununda “70.000.000,0” rəqəmləri “9.280.000,0” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2023-cü il